Lənkəranda ailə faciəsi

lenkeranda-aile-faciesi-
Oxunma sayı: 642

Rayonun Girdəni kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Mirzəbala oğlu Həmidov bacısının fərdi həyətyanı sahəsində əl üsulu ilə quyu qazıb. Ona əmisi oğlu, İstisu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Samid Həsən oğlu Abdullayev köməklik göstərib.

Quyunun 6 metr 60 santimetr dərinliyində qəfildən qaz püskürüb və T. Həmidov hadisə yerindəcə dünyasını dəyişib.

S.Abdullayev isə zəhərlənmə diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Eldar