Lənkəranda anım mərasimi keçirilib

lenkeranda-anim-merasimi-kecirilib
Oxunma sayı: 1114

Heydər Əliyevin vəfatının 15 illiyi ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da anılıb.

Lənkəran İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Heydər Əliyev xatirə parkında keçirilmiş Ulu Öndərin anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, habelə minlərlə sadə lənkəranlı səhər saatlarından etibarən xatirə parkına gəlib dahi rəhbərin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzməklə, Ümummilli Liderə sonsuz sevgi və ehtiramlarını ifadə ediblər. 

Anım günü ilə bağlı rayonun idarə və təşkilatlarında, Lənkəran Dövlət Universitetində, Humanitar və Tibb kolleclərində, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilir, sakinlər axın-axın Heydər Əliyev Mərkəzindəki müzeyə baş çəkib Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olur, burada təşkil olunmuş elmi-praktik konfranslarda, bədii qiraət müsabiqələrində, kitab sərgilərində yaxından iştirak edirlər.