Lənkəranda ata qızını bıçaqladı

lenkeranda-ata-qizini-bicaqladi
Oxunma sayı: 1401


APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 15-də günorta saatlarında şəhərin Dədə Qorqud küçəsi, ev 2, mənzil 5 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1957-ci il təvəllüdlü Ramiz Kazım oğlu Əliyev çoxsaylı bıçaq zərbələri ilə qızı, 1987-ci il təvəllüdlü Xəyalə Əliyevanı qətlə yetirib. İlkin versiya kimi qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. R.Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.