Lənkəranda avtomobil aşdı - Sürücü yaralıdır

lenkeranda-avtomobil-asdi
Oxunma sayı: 1161

Lənkəranda "VAZ 2106" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, rayonun Velədi kəndi ərazisində qeydə alınan hadisə zamanı sürücü Samir Habil oğlu Məmmədzadə xəsarət alıb.

S. Məmmədzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.