Lənkəranda bayram yarmarkası keçirildi

lenkeranda-bayram-yarmarkasi-kecirildi
Oxunma sayı: 642

Bu gün Lənkəran şəhərinin dəmiryol vağzalyanı meydanında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan və səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına müvafiq olaraq 200 tondan artıq məhsul çıxarılıb.

Bayram yarmarkasında Bakı şəhərindən və respublikanın ayrı-ayrı rayonlarından 20 şirkət iştirak edib. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların bazar qiymətindən 20-30% aşağı olması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.

Qeyd edək ki, bayram satış yarmarkasında mal ətinin qiyməti 6 manata, qoyun əti 7 manata satılır ki, bu da bazar qiymətlərindən 2 manat aşağıdır. Yumurtanın qiymətində də endirim olub. Bazarda 15-20 qəpik olan yumurta yarmarkada 9,5 qəpiyə satılıb. Yarmarka günün sonuna qədər davam edəcək.