Lənkəranda da səyyar qəbul keçirilib

lenkeranda-da-seyyar-qebul-kecirilib
Oxunma sayı: 1751

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü dünən rayonun Şürük kəndində keçirib.

“Qafqazinfo” xəbər verir ki, icra strukturları nümayəndələrinin, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən görüşdə yerli sakinlərin çıxışları, təklif və arzuları dinlənilib.

Sakinlər inzibati ərazi dairəsinin yaşayış məntəqələrinə 29 ədəd bulaq sistemli içməli su xəttinin çəkilməsinə, fərdi yaşayış evlərinə mavi yanacağın verilməsinə, həmçinin elektrik təsərrüfatında aparılmış yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.

Görüşdə həmçinin Şürük kənd tam orta məktəbinin əsaslı təmir olunması, ərazi dairəsi tərkibindəki yaşayış məntəqələrində quraşdırılmış bulaq sistemli içməli su xəttləri şəbəkəsinin artırılması İcra başçısından xahiş olunub.

T.Qaraşov qaldırılan məsələlərin nəzarətdə saxlanılacağını qeyd edərək bu barədə müvafiq qurumlara tapşırıqlarını verib.