Lənkəranda dəhşətli qəza - Ölənlərin sayı artır + Fotolar

lenkeranda-dehsetli-qeza
Oxunma sayı: 737

Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə  3-ə çatıb
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Lənkəranın Velədi kəndi ərazisində “Mercedes”   markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran  vətəndaşına məxsus yük maşını ilə  toqquşub.
 
Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
 
Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır. 

***

Lənkəranda baş verən ağır qəzada yaralıların kimliyi məlum olub.
 
Yaralılar ”Lada Priora”-nın sürücüsü və sərnişinləri, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Məcidov Mustafa Məcid oğlu,1994-cü il təvəllüdlü Ağayev Vuqar, Mikayıl oğlu və 1991-ci il təvəllüdlü Rüstəmov Mahir Mayis oğludur.
 
Onlardan ikisinin vəziyyətinin orta ağır olduğu deyilir. 

***

Qəzada ölən şəxs Lənkəran rayonu Gərmətük qəsəbə sakini 1991-ci il təvəllüdlü Şükürov Anar Şükür oğludur.