Lənkəranda doğuş zamanı ana və körpəsi öldü - Yenilənib

lenkeranda-dogus-zamani-ana-ve-korpesi-oldu
Oxunma sayı: 3906

Lənkəranda doğuş zamanı ana və körpə ölüb. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Lerik rayonunun Veri kənd sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu, E.Sadıqovanın üçüncü hamiləliyidir. Onun hazırda iki övladı var. Yaxınlarının bildirdiyinə görə, qadın hamiləlik zamanı mütəmadi olaraq həkim nəzarətində olub, heç bir problem qeydə alınmayıb.

E.Sadıqova avqustun 2-də xəstəxanaya müraciət edib. Lakin doğuş gecikdiyində görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə bu gün səhər saatlarında kəskin qanaxma nəticəsində ölüb.

***

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin köməkçisi Əbülfəz Məmmədov Trend-ə bildirib ki, ana qanaxma səbəbindən dünyasını dəyişib:

“Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəklində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Ana isə bu gün səhər saat 10 radələrində qanaxma səbəbindən dünyasını dəyişib”.

Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.