Lənkəranda iki ilk

lenkeranda-iki-ilk
Oxunma sayı: 652

Belə ki, tarixində ilk dəfə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olan Lənkəran təmsilçisi ikinci “altılıq”da 1-ci ev oyununa çıxacaq. Lənkəran stadionunda baş tutacaq ilk belə görüş həm də yeni baş məşqçinin debütü ilə yadda qalacaq.

Uelsli mütəxəssis Con Toşak ilk dəfə “Xəzər Lənkəran”ı baş məşqçi kimi meydana çıxaracaq. O, komandamızın AZAL-la 23-cü duelində debüt edəcək.

Əvvəlki 22 qarşılaşmada futbolçularımız aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn komandamız 4 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Rəqib qapısına 29 qol vuran “Xəzər Lənkəran” cəmi 12-ni buraxıb. İndi 30-cu qolun astanasında olan futbolçularımız bu 22 matçdan 18-ni çempionat, 4-nü kubokda keçirib.

Hər iki yarışda üstün olan “ağ-yaşıllar” çempionatda 12 qələbə qazanıb. Oyunların yalnız 1/3-də xal itirən komandamız 3 dəfə 1 xalla kifayətlənib, eyni sayda oyunda meydanı məğlub tərk edib. Bu görüşlərdə Lənkəran təmsilçisi 24, bakılılar isə cəmi 9 dəfə fərqlənib.

“Xəzər Lənkəran”ın ev oyunlarında meydan sahibləri 8 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Komandamız qonaqların qapısına 17 top vurub və cəmi 7-ni buraxıb.

2005/06 12.08.2005 çempionat s 2:0
2005/06 12.02.2006 çempionat e 1:0
2006/07 17.09.2006 çempionat s 2:1
2006/07 27.04.2007 çempionat e 3:2
2007/08 25.11.2007 çempionat s 0:0
2007/08 06.03.2008 kubok, 1/4 s 0:1
2007/08 20.03.2008 kubok, 1/4 e 2:0
2007/08 17.05.2008 çempionat e 0:0
2008/09 20.09.2008 çempionat s 1:0
2008/09 14.03.2009 çempionat e 0:0
2009/10 21.10.2009 çempionat s 0:1
2009/10 10.12.2009 çempionat e 2:1
2009/10 27.04.2010 kubok, 1/2 s 1:1
2009/10 05.05.2010 kubok, 1/2 e 2:1
2010/11 29.08.2010 çempionat s 1:0
2010/11 20.02.2011 çempionat e 2:1
2010/11 13.03.2011 çempionat s 0:1
2010/11 23.04.2011 çempionat e 3:0
2011/12 14.08.2011 çempionat s 3:0
2011/12 16.02.2012 çempionat e 1:0
2012/13 03.10.2012 çempionat s 2:0
2012/13 03.12.2012 çempionat e 1:2