Lənkəranda ilk çay yığımı bayramla başladı - Fotolar

lenkeranda-ilk-cay-yigimi-bayramla-basladi
Oxunma sayı: 2095

Lənkəranın İstisu qəsəbəsində “Yaşıl çay” FT MMC-nin çay plantasiyasında 2018-ci ilin ilk çay məhsul yığımının başlanması münasibəti ilə bayram şənliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ilk öncə rayonda fəaliyyət göstərən çay emalı  müəsissələrinin istehsal etdikləri çay məhsullarından ibarət sərgiyə baxış keçirilib.

Həmçinin, tədbir iştirakçılarına yerli çayların müxtəlif növlərindən dəmlənmiş çay dəstgahı və yerli meyvələrdən hazırlanmış mürrəbbələr təqdim olunub.

Lənkəranın icra başçısı Taleh Qaraşov gəlirli və mühüm iqtisadi əhəmiyyətli olan çay təsərrüfatının inkişafından danışıb, çay məhsulu istehsalına əlverişli imkanlar yaradılacağını vurğulayıb.

“Yaşıl çay” FT MMC-nin rəhbəri Araz Yağubov da Lənkəran rayonunda kənd təsərrüfatının inkişafından bəhs edib.

Daha sonra bədii özfəaliyyət kollektivləri və folklor ansamblları müxtəlif nümunələr sərgiləyiblər.