Lənkəranda kütləvi dava - Xəsarət alan var

Lənkəranda kütləvi dava
Oxunma sayı: 2322

Lənkəran rayonunun “Mikrorayon” adlanan ərazisində kütləvi dava olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, dava zamanı Digah kənd sakini 1981-ci il təvəllüdlü Raqib Eldar oğlu Ramazanov beşbarmaqla döyülüb. Yaralı kürək nahiyəsindən aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib.

R.Ramazanovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi