Lənkəranda marafon keçirilib - Fotolar

lenkeranda-marafon-kecirilib
Oxunma sayı: 2080


Bu gün Lənkəran şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans və marafon keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konfransdan əvvəl Lənkəran ŞİH başçısı Taleh Qaraşovun başçılığı ilə konfrans iştirakçıları Heydər Əliyev xatirə parkına gəlib abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində yubileyə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Konfransı giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov 1918-ci ilin mayın 28-ni xalqımızın milli azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış bir gün kimi dəyərləndirərək Azərbaycan xalqının məhz həmin tarixi gündə əsrlər boyu həsrətində olduğu milli azadlığına qovuşduğunu, müstəmləkə əsarətindən qurtulduğunu və dövlət müstəqilliyini qazandığını diqqətə çatdırıb

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məruzələr dinlənilmib və çıxışlar olub.