Lənkəranda məktəblilər qəzaya düşdü

Lənkəranda məktəblilər qəzaya düşdü
Oxunma sayı: 746

Lənkəranda baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, ”Lada Priora” markalı avtomaşının kanala aşması nəticəsində Lənkəran şəhər sakinləri - 2001-ci il təvəllüdlü Rəsul Quliyev, Elsevən Baxışzadə, Rauf Məmmədli və Rəşad İbadzadə xəsarət alıb.

Onlar Lənkəran şəhər 6 saylı məktəb-liseyin şagirdləridir. 

Həkimlər onların vəziyyətinin yaxşı olduğunu və ambulator müalicəyə göndəriləcəklərini deyiblər.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi