Lənkəranda məşqçini döydülər

lenkeranda-mesqcini-doyduler
Oxunma sayı: 649

Maraqlı və gərgin keçən oyun 2:3 hesabı ilə bakılıarın xeyrinə bitib. Oyunun gedişində isə tribunada qarşıdurma yaşanıb. Belə ki, şahidlərinin dediyinə görə azarkeşlərdən biri “Neftçi”nin məşqçisi Bəxtiyar Musayevlə söhbət zamanı “Sən də Lənkəran çörəyi yemisən axı, hərdən bir haqqı danış da nə olar ” deməsinə Musayev “mən həmişə “Neftçi”nin çörəyini yemişəm” cavabı aranı qarışdırıb. Mübahisə elə yenicə sakitləşirmiş ki, “Neftçi” klubunun əməkdaşlarından biri yerli azarkeşləri təhqir edib. Bundan sonra necə deyərlər “vur çatlasın” başlayıb. Tribunadakı azarkeşlərin əksəriyyəti “Neftçi” rəsmiləri istiqamətində axışıb. Bu zaman Bəxtiyar Musayev lənkəranlı azarkeşlərdən birinin yumruq zərbəsinə tuş gəlib. Münaqişə yalnız asayiş keşikçilərinin müdaxiləsindən sonra yatırılıb.