Lənkəranda möhtəşəm Novruz şənliyi - Fotolar

Lənkəranda möhtəşəm Novruz şənliyi
Oxunma sayı: 602

Martın 20-də Lənkəran şəhərinin bayramsayağı bəzədilmiş Qala xiyabanında və Həzi Aslanov parkında təntənəli Novruz şənliyi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, şənlik Dədə Qorqud personajının xalqımızın milli mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan, yurdumuza Baharın gəlişini, doğma təbiətin canlandığını, torpağın oyanışını xəbər verən Novruz barədə ürəkləri riqqətə gətirən çağırışı ilə başlayıb. Minlərlə lənkəranlının və xarici ölkələri təmsil edən qonaqların böyük maraqla izlədikləri Novruz şənliyində ilaxır çərşənbənin tonqalı qalanmış, incəsənət ustalarının, bədii özfəaliyyət kollektivlərinin, uşaq bağçalarının körpə fidanlarının ifasında rəngarəng mahnılar və rəqslər ifa olunub, Bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, çay, çəltik və sitrus məhsullarından ibarət sərgilər və təndirdə el adəti ilə çərşənbə ləvəngi balığının saç üstündə bişirilməsi canlı olaraq nümayiş etdirilib. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlikdə çıxış edərək lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib onlara ən xoş arzularını çatdırıb. İcra başçısı çıxışında dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayram olduğunu, bu bayramın ellərimizə, süfrələrimizə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə nəfəs verdiyini və insanlarımızın bundan ruhlandığını, qurub-yaratmaq eşqi ilə yaşadıqlarını diqqətə çatdırıb. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi