Lənkəranda motosikletlə yük maşını toqquşdu

Lənkəranda motosikletlə yük maşını toqquşdu
Oxunma sayı: 597

Lənkəranda yol-nəqliyyat hadisəsi olub. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində baş verib.

Motosikletlə "Ford" markalı yük maşınının toqquşması nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi  Xəstəxanasına çatdırılıb. R. Hüseynova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi