Lənkəranda Müəllimlər Günü qeyd olunub

Lənkəranda Müəllimlər Günü qeyd olunub
Oxunma sayı: 693

Oktyabrın 4-də Lənkəranda Beynəlxalq Müəllimlər Günü qeyd olunub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Əliyeva son illər ölkəmizdə milli təhsil sisteminin inkişafında həyata keçirilən islahatlardan, əldə olunan nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar və xatirə hədiyyələr təqdim olunub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi