Lənkəranda narkotik becərən şəxs yaxalandı

lenkeranda-narkotik-beceren-sexs-yaxalandi
Oxunma sayı: 640


SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəran Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Balıqçılar qəsəbə sakini 54 yaşlı Tofiq Nəhməd oğlu Əhmədovu şübhəli şəxs qismində saxlayıb.

T.Əhmədovun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan 10 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.