Lənkəranda nəvə nənəsini və köməyə gələn qohumunu döydü

lenkeranda-neve-nenesini-ve-komeye-gelen-qohumunu-doydu
Oxunma sayı: 1418

Lənkəranda döyülmə faktı qeydə alınıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində, qohumlar arasında baş verib.

Məlumata görə, nəvəsi tərəfindən döyülən qadın, yeznəsi olan rayon sakini, 1963-cü il təvəllüdlü Nürəddin Allahverdi oğlu Xasızadəni köməyə çağırıb. Qohumunu sakitləşdirməyə çalışan N. Xasızadə də döyülüb. 

Sifət nahiyəsindən xəsarət alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.