Lənkəranda Novruz şənliyi keçirilib

lenkeranda-novruz-senliyi-kecirilib
Oxunma sayı: 942

Martın 19-da Lənkəran şəhərində Dəmiryol vağzalının qarşısındakı bayramsayağı bəzədilmiş meydanda təntənəli Novruz şənliyi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, şənlikdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Minlərlə lənkəranlının maraqla izlədiyi bayram şənliyində tonqal qalanıb, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı səsləndirilib. Bəzəkli faytonda meydana daxil olan Novruz personajları-Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri, Dədə Qorqudun milli-mənəvi dəyərlər barədə ibrətamiz müraciəti tamaşaçılara xoş ovqat  bəxş edib.                            

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlikdə çıxış edərək lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib. İcra başçısı çıxışında milli-mənəvi dəyərlərimizin ən gözəl nümunələrindən olan, dostluq və həmrəylik rəmzi kimi qəbul edilən Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu, bu bayramın hər bir ailəyə, hər kəndə, şəhərə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə canlı nəfəs verdiyini diqqətə çatdırıb. 

Şənlikdə idmançıların nümunəvi çıxışları olub, gənc rəssamların əsərlərindən, xalq sənətkarlığının və milli mətbəxın ən yaxşı nümunələrindən ibarət müxtəlif sərgilər nümayiş olunub.