Lənkəranda ötən ilin yekunları müzakirə edildi

Lənkəranda ötən ilin yekunları müzakirə edildi
Oxunma sayı: 737

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “2016-cı ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası kеçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, icra başçısı Taleh Qaraşov məruza ilə çıxış edib. Məruzədə 2016-cı ildə rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafın davam etdiyini, genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, iri həcmli investisiya layihələrinin icra edildiyini və yeni layihələrin icrasına başlanıldığını qeyd olunub. Taleh Qaraşov daha sonra tikinti, abadlıq və yenidənqurma işlərindən, yeni yol layihələrindən bəhs edərək, rayonda iqtisadi və sosial sahənin inkişafından, sənayedə, kənd təsərrüfatında, təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

İcra başçısı sənayedə, kənd təsərrüfatında uğurlu nəticələr qazanıldığını önə çəkməklə rayonda ümumi məhsul buraxılışının əvvəlki ilə nisbətən 7.7 faiz artdığını, orta aylıq əmək haqqının 5.1 faiz çoxaldığını, il ərzində 2099-u daimi olmaqla 2704 yeni iş yerinin açıldığını bildirib.

Məruzə ətrаfındа müzаkirələr zamanı ŞTŞ-nın müdiri Şəhanə Əhmədova, MRX-nin baş həkimi Ağabala Kəlbiyev, Lənkəran Elektrik Şəbəkəsinin rəisi Şaiq Qəribov, Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran regional şöbəsinin müdiri Qağayı Məmmədov, Milli Məclisin Əmək və Sоsiаl Siyаsət Kоmitəsinin sədri Hаdi Rəcəbli, millət vəkili Rüfət Quliyev çıхış еdiblər.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi