Lənkəranda peşə bayramı qeyd olundu

lenkeranda-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 651

Dövlət qulluqçularının peşə bayramı münasibətilə Lənkəranda  tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov,  İcra aparatının kollektivi və rayonda müxtəlif idarələrdə çalışan dövlət qulluqçuları Heydər Əliyev Xatirə Parkına gələrək abidəni ziyarət ediblər. 

Tədbiri giriş sözü ilə açan İcra başçısı T.Qaraşov dövlət qulluqçularına təbriklərini çatdıraraq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçuları səylə çalışır. Lənkəran rayonunda çalışan dövlət qulluqçularının da rayonda siyasi sabitliyin, sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin təmin olunmasında əməyinin böyük olduğunu diqqətə çatdıran İcra başçısı dövlət qulluqçularının hazırlanmasına, təhsilinə, iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq  qayğı göstərildiyini və işdə fərqlənən kadrların əməyinin ədalətli şəkildə qiymətləndirilməsinə ölkə Prezidenti tərəfindən yüksək qiymət verildiyini xüsusi qeyd edib. 

Natiq Şilavar kənd inzibati ərazi dairəsi  üzrə nümayəndə Afət Əkbərovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasına görə prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını ifadə edib. 

Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran ŞİH-nin Fəxri Fərmanları təqdim olunub.