Lənkəranda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

lenkeranda-prokurorluq-iscilerinin-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 5690

Bu gün Lənkəranın prokurorluq işçiləri peşə bayramlarını təntənə ilə qeyd ediblər. 

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri, prokuroluq işçiləri ilk əvvəl şəhərin mərkəzində yerləşən Heydər Əliyev Xatirə Parkına gələrək ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir Lənkəran Rayon Prokurorluğunda davam etdirilib.

Yığıncağı giriş sözü ilə açan Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Elçin Məmmədov  prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb. 

Tədbirin sonunda hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları  təbriklərini söyləyiblər.