Lənkəranda qadın quyuya düşərək ölüb

lenkeranda-qadin-quyuya-duserek-olub
Oxunma sayı: 2037

Lənkəran rayonunun Liman şəhərində 62 yaşlı qadının meyiti quyudan tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızının meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil verib.