Lənkəranda “Qazel” iki piyadanı vurdu

lenkeranda-qazel-iki-piyadani-vurdu
Oxunma sayı: 1134

Lənkəranın Boladi kəndində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun “Report”a istinadən verdiyi məlumata görə, hadisəni “Qazel” markalı avtomobilin sürücüsü törədib.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və təqribən 17-18 yaşında olan Nihat adlı gənc xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan birinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.