Lənkəranda Qələbə Günü qeyd olunub - Fotolar

lenkeranda-qelebe-gunu-qeyd-olunub
Oxunma sayı: 1520

Lənkəran şəhərində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları Heydər Əliyev Xatirə Parkındakı “Naməlum Əsgər” abidəsini ziyarət edib önünə tər çiçəklər düzərək ikinci Dünya müharibəsində həlak olmuş lənkəranlıların xatirəsini ehtiramla yad ediblər. Tədbir Qələbə ruhlu mahnıların sədaları altında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında davam etdirilib.

T.Qaraşov abidə önündə müharibə veteranları, arxa cəbhə iştirakçıları və onların ailə üzvləri ilə görüşərək bir daha şəraitləri ilə maraqlanıb.

Həmin gün əfsanəvi sərkərdə Həzi Aslanovun ev-muzeyinin yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Daha sonra şəhərin mərkəzində yerləşən “Boranı” restoranında Qələbə günü münasibətilə müharibə veteranları, arxa cəbhə iştirakçıları üçün bayram süfrəsi açılıb.

Rayonun müharibə veteranları və arxa cəbhə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayon məktəblilərinin və bədii özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzularında şeirlər və mahnılar səsləndirilib.