Lənkəranda qəza - 6 nəfər yaralandı

lenkeranda-qeza
Oxunma sayı: 2177

 Lənkəranda yol-nəqliyyat hadisəsində 6 nəfər xəsarət alıb.

“Qafqazinfo”nu “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu Şiləvar kəndindən keçən hissəsində baş verib. Astara rayon sakini 1990-cı il təvəllüdlü Ağazadə Rəhman Sadiq oğlunun idarə etdiyi “Niva“ markalı avtomaşın, Lənkəran rayon Digah kənd sakini 1988-ci il təvəllüdlü Həsənov Röyal Kamil oğlunun idarə etdiyi “Wolsvagen” markalı minik avtomaşını ilə toqquşub. Nəticədə hər iki sürücü və “Niva”-da olan sərnişinlər: 1957-ci il təvəllüdlü Muradov Elsevər Mükərrəm oğlu, 1965-ci il təvəllüdlü Ağayev Sadıx Nöbək oğlu, 1966-cı il təvəllüdlü Muradova Sevil Mükərrəm qızı, 1966-cı il təvəllüdlü Muradov Mehman Nafe oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

“Wolsvagen”-in sürücüsü R.Həsənov və “Niva”-kı sərnişin E.Muradovun vəziyyətləri daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Əldə etdiyimiz məlumata görə, “Niva”dakı sürücü və sərnişinlər Astara rayonunun Motlayataq kəndindən olmaqla yaxın qohumlardır və Lənkəranda toy mərasimindən sonra evə qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.