Lənkəranda sahibkarlarla müzakirələr aparılıb

lenkeranda-sahibkarlarla-muzakireler-aparilib
Oxunma sayı: 1138

Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirilib.

İH-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan 200-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi iştirak edib.

İcra başçısı Taleh Qaraşov bildirib ki, Lənkəran iqtisadi rayonu üzrə çay, çəltik və sitrus meyvələri, baramaçılığın eləcə də digər sahələrin inkişaf etdirilməsi baxımından Azərbaycanda öndə gedən bölgələrdəndir.

Müzakirələr zamanı “Azexport” portalının meneceri Zaur Qardaşov Azexport portalının fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də  “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat təqdim edib.

İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.