Lənkəranda tələbə qız özünü binadan atdı

lenkeranda-telebe-qiz-ozunu-binadan-atdi
Oxunma sayı: 2190

Lənkəranda tələbə özünü binadan ataraq intihara cəhd edib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Şəhidlər Xiyabanı küçəsi, 12 ünvanda yaşayan Nigar Vaqif qızı İsgəndərova çoxmərtəbəli binadan özünü atıb.
 
Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri ona ilkin tibbi yardım göstəriblər. Daha sonra N. İsgəndərova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
 
Hadisənin hansı səbəbdən  baş verdiyi hələlik məlum deyil.
 
Onun tələbə olduğu deyilir.