Lənkəranda təmizlik aksiyası keçirilib

lenkeranda-temizlik-aksiyasi-kecirilib
Oxunma sayı: 1451

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Ekologiya İdarəsi, Lənkəran şəhər Yaşıllaşdırma İdarəsi və ETSN-nin digər yerli qurumları əməkdaşlarının iştirakı ilə Lənkəran şəhərinin Heydər Əliyev prospektində “Biz dünyanı təmizləyək!” devizi altında təmizlik aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ETSN ilə Lənkəran Şəhər İcra Hakimyyətinin birgə təşəbbüsü ilə baş tutan aksiya zamanı prospekt boyunca salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazi müxtəlif məişət tullantılarından təmizlənib.

Aksiya iştirakçıları daha sonra Heydər Əliyev prospektindən Xəzər dənizinin sahilindəki çimərlik zonasına çıxaraq ərazini plastik və məişət tullantılarından təmizləyiblər.

Təmizlik aksiyasında ümumilikdə 100-ə yaxın könüllü iştirak edib.