Lənkəranda tiryək aşkarlandı

lenkeranda-tiryek-askarlandi
Oxunma sayı: 1902


ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, saxlanılan şəxs, rayonun Sütəmurdov kənd sakini Amil Şəfiyevdən qanunsuz olaraq əldə etdiyi küllü miqdarda, 2 kq 200 qram çəkidə narkotik vasitə - tiryək aşkarlayıblar. Aşkarlanan narkotik vasitə, polis əməkdaşları tərəfindən onun üzərindən götürülüb. Amil Şəfiyev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə aparılıb.

Qeyd edək ki, saxlanılan Amil Şəfiyev əvvəllər də cinayət məcəlləsinin 234.2 yani narkotik vasitələrin satışı ilə bağlı məhkumluq həyatı yaşayıb. 

Eyni əməli təkrar törətdiyi üçün, bu dəfə onun barəsində 234.4.3 maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.