Lənkəranda toyda dava - Yaralananlar var

lenkeranda-toyda-dava
Oxunma sayı: 632

Lənkəranda toyda dava olub, iki nəfər xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranın Sinovlu kəndində qeydə alınıb.

 Kənddə toy zamanı qonaqlar arasında dava düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 1993-cü il təvəllüdlü Mehrəliyev Ruslan Adil oğlu və 1972 –ci il təvəllüdlü Mehrəliyev Daşqın Barat oğlu  Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara müvafiq tibbi yardım göstərilib, həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.