Lənkəranda vəziyyət necədir? - Video

Lənkəranda vəziyyət necədir?
Oxunma sayı: 1365

Xəbər verdiyimiz kimi, ölkədə bir neçə gündür ki, davam edən yağışlar nəticəsində Astara və Lənkəran rayonlarında xeyli sayda kəndi su basıb.

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, bölgənin iri məcralı çaylarının daşması nəticəsində şəhərdə 20-dən çox kəndi su basıb:

“Lənkərançay, Veravul, Boladi və Qumbaşı çayları məcrasından çıxıb. Bunun nəticəsində 55 ev təxliyyə olunub. Həmin ərazilərdə evlərin daş hasarları uçub. 4 dəmir beton konstruksiyalı avtomobil, 5 piyada körpüsünü, 2 mərtəbəli yaşayış evini sel aparıb. 7-8 yerdə isə torpaq sürüşməsi baş verib.

Artıq bir neçə saatdır ki, yağış dayanıb, ərazidən su çəkilir. Hazırda ərazidə operativ tədbirlər aparılır, əhaliyə dəymiş ziyan araşdırılır”.

Bundan başqa, Lənkəran 2 saylı elektrik yarımstansiyasında baş vermiş qəza nəticəsində yarımstansiyadan istifadə edən əhali işıqsız qalınıb. Hazırda ərazidə briqada işləyir və əhalinin 50%-i işıqla təmin olunub. Qalan 50% əhaliyə elektrikin verilməsi isə yaxın zamanda bərpa olunacaq.

Sakinlərin göndərdiyi videonu təqdim edirik.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi