Lənkəranda xalça istehsalı emalatxanası tikiləcək - Sərəncam

lenkeranda-xalca-istehsali-emalatxanasi-tikilecek
Oxunma sayı: 1196

Prezident İlham Əliyev martın 17-də “Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb.