Lənkəranda xeyriyyə aksiyası keçirilib - Fotolar

lenkeranda-xeyriyye-aksiyasi-kecirilib
Oxunma sayı: 1603

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının Cardio Centerin həkim briqadası baş həkim Ülvi Mirzəyevin rəhbərliyi ilə fevralın 4-də Lənkəranda xeyriyyə aksiyası keçirib. 

“Qafqazinfo” xəbər verir ki, aksiya şəhərdəki tibb mərkəzinin binasında baş tutub. 

Səhər saatlarından başlayan aksiya zamanı ürək-damar xəstəliklərindən əziyyət çəkən 100-dən çox rayon sakininə yerindəcə təmənnasız müvafiq tibbi yardım göstərilib və onlara lazımi tövsiyələr verilib.