Lənkəranda Xocalı qurbanları anıldı

Lənkəranda Xocalı qurbanları anıldı
Oxunma sayı: 831

Xocalı soyqırımı qurbanlarının xatirəsi Lənkəranda anılıb.

Şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə,  Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı Ana heykəli qarşısında  anım mərasimi keçirilib.  Mərasim zamanı Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. Mərasimdə gənclərin ifasında musiqili bədii kompozisiya səsləndirilib.

Sonra xatirə tədbiri Lənkəran Dövlət Dram Teatrında  yazıçı-publisist Ağaddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” tamaşası ilə davam etdirilib.  




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi