Lənkəranda YAP-ın 25 illiyi qeyd olunub

lenkeranda-yap-in-25-illiyi-qeyd-olunub
Oxunma sayı: 1456

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə təntənəli toplantı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin iclas salonunda keçirilən toplantı həyatlarını dəyişmiş YAP üzlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycan dövlət himni səsləndirilib və YAP-ın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

YAP Lənkəran şəhər təşkilatının sədri Möhübbət Babayev partiyanın keçdiyi 25 illik şərəfli yolu barədə məruzə edib. 

Şəhər təşkilatının sədr müavini, Qadınlar Şurasının sədri Rasilə Əliyeva, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi Elnur Səmədzadə və Lənkəran Dövlət Humanitar kollecinin 2-ci kurs tələbəsi  Sumarə Bağırzadə cıxış edərək YAP-ın yaranmasının Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə olduğunu və hazırki dövrdə Ülu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan sosial-iqtisadi inkişafın daha da sürətlənməsində və mədəni quruculuq işlərinin genişləndirilməsində hər bir YAP üzvünü yüksək siyasi fəallıqla iştirak etməyə və Vətənə xidmət etməyə çağırıblar.

Sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.