Lənkəranda yaşıllaşdırma aylığına start verilib

lenkeranda-yasillasdirma-ayligina-start-verilib
Oxunma sayı: 748

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərdə yaşıllaşdırma aylığının keçirilməsi qərara alınıb. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, aylığın keçirilməsinə dair tədbirlər planı təsdiq olunaraq icrasına başlanılıb. Tədbirlər planına uyğun olaraq keçirilən ilk ağacəkmə aksiyası zamanı şəhərin Hava limanı ərazisində 700 ədəd və Ələt-Astara magistralının şəhərin ərazisindən keçən hissəsində 250 ədəd eldar şamı, küknar, sərv, dəmirağac əkilib.

Yeni əkilmiş ağaclar suvarılaraq dayaqlarla möhkəmləndirilib və onların mühafizəsindən ötrü  250 metr uzunluğunda dəmir tordan ibarət qoruyucu zolaq qurulub.

Eyni zamanda rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatları tərəfindən də ərazilərdə müxtəlif növ ağac və gül kolları əkilib.