Lənkəranda yeni çay plantasiyası salındı

Lənkəranda yeni çay plantasiyası salındı
Oxunma sayı: 898

Beta şirkəti tərəfindən Lənkəranın Osakücə kəndində yeni çay plantasiyasının salınmasına başlanılıb. 

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, şirkət tərəfindən bu layihənin icrasına 17 milyon manat vəsaitin sərf olunacağı  nəzərdə tutulub. Artıq bu vəsaitin 5 milyon manatı təsərrüfata yatırılıb. Bu məqsədlə şirkət tərəfindən təsərrüfat üçün ən müasir tələblərə cavab verən maşın-mexanizmlər, traktorlar alınıb, yeni texnologiya ilə işləyən suvarva sistemi qurulub, sututar stil bərpa edilib, ərazidə şitillik təsərrüfatı yaradılıb və 1 milyona qədər yerli şəraitə uyğun çay şitili yetişdirilib. 

Eyni zamanda ilkin olaraq 50 hektar istifadəsiz torpaq sahəsi hamarlanaraq şumlanıb və əkinə hazır vəziyyətə gətirilib. Oktyabrın 31-də yeni salınmış və 150 nərdən çox yerli sakinin daimi işə cəlb olunduğu plantasiyada ilk əkin keçirilib. 

Əkin mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Beta şirkətinin rəhbəri Calal Uğur, keçmiş təsərrüfat rəhbərləri, çay mütəxəssisləri, ictimaiyyət və KİV nümayəndələri  iştirak ediblər.

2018-ci ildə ərazidə çay plantasiyalarının həcmi 150 hektara, yaxın gələcəkdə isə 1000 hektara çatdırılacağı və “Made in Azerbaycan” brendi ilə dünya standartları səviyyəsində çay məhsulları istehsal etməkdən ötrü modern texnologiya ilə işləyəcək yeni çay emalı fabrikinin tikiləcəyi nəzərdə tutulub. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi