Lənkəranda yol qəzası, 1 nəfər öldü

lenkeranda-yol-qezasi-1-nefer-oldu
Oxunma sayı: 984

Lənkəran rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
 

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Seyidzadə Mirnasir Nazim oğlu idarə etdiyi "99-BZ-136" dövlət nömrə nişanlı, "Chevrolet aveo" markalı avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı naməlum piyadanı vurub. Sürücü yaralını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.