Lənkəranda zəlzələ oldu

lenkeranda-zelzele-oldu
Oxunma sayı: 3630

Lənkəran rayonunda zəlzələ olub. 

“Qafqazinfo” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:12-də Lənkəran stansiyasından 10 kilometr qərbdə Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.