Lənkərandakı seldən daha bir - Video

lenkerandaki-selden-daha-bir
Oxunma sayı: 2828

Lənkəran rayonunda son günlər yağan yağışların nəticəsində kəndlərdə vəziyyət çətin olaraq qalır.

Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda yağış suları Yuxarı Nüvədi kəndi və ona yaxın kəndlərdən çəkilib: “Həmin kəndlərdə vəziyyət normallaşıb, amma yağış suları hazırda Şiləvar, Göyşaban, Girdəni kəndlərinə daxil olub. Yüzə yaxın evin təsərrüfatı suyun altında qalıb. Fövqəladə Hallar Nazirliyi və rayon ocra hakimiyyəti ilə ilə birgə yaradılmış komissiya tərəfindən iki ailə təxliyyə olunub. Hazırda vəziyyət nəzarət altındadır, operativ tədbirlər keçirilir”.

Sosial şəbəkələrdə dünən Lənkəranın Mamusta kəndində çəkilən görüntülər marağa səbəb olub. Həmin videonu təqdim edirik:

Murad Əhməd