Lənkəranı və Astaranı sel basdı

lenkerani-ve-astarani-sel-basdi
Oxunma sayı: 651

Yağış Lənkəran şəhərinin bir çox məhəllələrində problemlər yaradıb, evləri su basıb.

Lənkərançay daşır. Çaya yaxın olan evlərin həyətlərini su basıb.

Astara rayonun Ərçivan, Rudəkənar kəndlərində də suyun qalxması müşahidə olunur.

Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhbət Babayev AzadlıqRadiosuna deyib ki, qısa müddətdə əraziyə yağış normadan artıq düşüb. Şəhərin bir çox ərazilərində su qalıb. Ərazidən suyun çəkilməsi davam edir.