“Lənkəranın çörəyi sənə haram olsun” qalmaqalı davam edir

lenkeranin-coreyi-sene-haram-olsun-qalmaqali-davam-edir
Oxunma sayı: 640

Daha sonra mübahisə Rahidlə Kamran arasında davam edib.

Məsələ ilə bağlı “Xəzər Lənkəran”ın qapıçısı olmuş, indi isə həmin fəaliyyəti “Bakı” klubunda davam etdirən K.Ağayevlə əlaqə saxladıq.

Publika.Az-a açıqlama verən qolkiper aralarında yaranan qalmaqala belə aydınlıq gətirib:

“Elnurun ünvanıma qarşı belə sözlər işlətməsi mənə xoş gəlmədi. Mən “Xəzər-Lənkəran”da canımı qoymuşam, 6 il bu komandanın yaxşı uğurlar qazanması üçün çalışmışam. Birlikdə çempionluq və kubok sevincini yaşamışıq. İndi isə görürəm ki, mənə bəzi xoşagəlməz sözlər ünvanlayırlar. Buna dözmək mümkün deyil.

Mən həmişə düşünürdüm ki, sükutu qoruyum. Amma görürəm ki, olmur. Daha da üstümə gəlirlər. Danışacam. Elnur Allahverdiyev “Xəzər-Lənkəran”ın çörəyi mənə haram olsun ifadəsini işlədib. Hər yerdə ağızlarına gələni danışırlar. Mən başqa xəbər portallarına və saytlarına açıqlamamda da demişəm və təkrar edirəm:

“Bax, gör, narkoman gəlib futbolçu olub və futboldan danışır”.