Lənkəranın telefon rabitəsindəki problem nə vaxt düzələcək? - Açıqlama

Lənkəranın telefon rabitəsindəki problem nə vaxt düzələcək?
Oxunma sayı: 938

Lənkəran rayonunun Mikrorayon ərazisində yaşayan sakinlərin yanvar ayının 27-dən etibarən şəhərdaxili telefon rabitəsində problem yaranıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, aylıq ödəniş etməklərinə baxmayaraq, həmin sakinlərin telefon rabitəsi hələ də bərpa olunmayıb. Nəticədə 400-ə yaxın abonent şəhərdaxili telefondan istifadə edə bilmir.

Lənkəran Telekommunikasiya Qovşağından isə məsələnin texniki problemlə bağlı olduğu bildirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-dən verilən məlumata görə, gələn həftənin bazar ertəsi bu problem həllini tapacaq:

“Telefon rabitəsindən yaranan problem texniki məsələlər ilə bağlıdır. Bildiyiniz kimi bizim böyük xətt şəbəkəmiz var və hal-hazırda köhnə nəsil avadanlıqların hamısı yeni texnologiyaları dəstəkləyən avadanlıqlarla əvəz olunur. Müvəqqəti narahatlığa görə, həmin abunəçilərdən də üzr istəyirik. Xidmətin göstərilmədiyi vaxtlara görə isə həmin abunəçilərə güzəştlər ediləcək. Hal-hazırda əməkdaşlarımız yaranmış problemin aradan qaldırılması üçün çalışırlar”, - deyə “Aztelekom” MMC-dən bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi