Lənkəranskinin Moskvadakı biznesi çökdürülür

lenkeranskinin-moskvadaki-biznesi-cokdurulur-
Oxunma sayı: 650

Tanınmış azərbaycanlı avtoritet Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyev özünün Moskva biznes imperiyasından məhrum edilib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, onun bütün obyektləri digər mafiozların nəzarəti altına keçib.

Rusiya hüquq mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, bu yaxınlarda avtoritet Aslan Usoyanın ölümündə şübhəli bilinərək saxlanılan və soğru-sual edilən “qanuni oğru” Camal Mikeladze ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Ded Xasanın ölümündə şübhəli bilinən və öldürülməsi ilə bağlı xəbərlər yayılsa da təsdiqini tapmayan Rövşən Lənkəranskinin isə bütün hallarda kriminal aləmdə əvvəlki mövqeyini itirdiyi deyilir. Onun səhmlərini isə digər avtoritetlər bölüşüblər. Son həftədə Lənkəranskinin əsas gəlir mənbəyi olan iki obekti əlindən alınıb. Bunlardan biri Moskva regionunda ən böyük topdan satış göyərti və meyvə-tərəvəz bazarıdır.

Son illər ərzində bu sahələrə nəzarət üstündə Canıyevin mübarizə apardığı və 20-yə yaxın şəxsin ölümü ilə nəticələnən bu mübarizələrin hər birindən onun qalib çıxdığı deyilir. Mənbə həmçinin bildirib ki, son həftə ərzində topdan-satış bazarı tamamilə Levan Djanqveladzenin nəzarətinə keçib və Lənkəranskinin bütün adamları oradan uzaqlaşdırılıb.

Lənkəranskinin obyektinə nəzarəti ələ keçirənlər arasında Usoyanın klanına daxil olan Əlibala Həmidovun da (Qoca Yasamallı), həmçinin hazırda azadlıqda olmayan və bir vaxtlar Canıyevin klanına daxil olan Vaqif Süleymanovun da adı çəkilir.