“Lent yazılarımı oğurlayıb məhv etdilər”

lent-yazilarimi-ogurlayib-mehv-etdiler
Oxunma sayı: 1823

Uzun zamandır efirlərdən uzaq düşən əməkdar artist Təranə Vəlizadə  “Səhər-Səhər” verlişinin qonağı olub. 

Müğənni proqramda maraqlı açıqlamaları ilə yadda qalıb.  O, illər əvvəl lent yazılarının məhv olunduğunu bildirib:

“Mənim lent yazılarımı oğurlayıb, məhv etdilər. Mən bilirəm kim edib. Amma nəysə... Mahnım qalmayıb. Mənim də, Eyvazın (red- həyat yoldaşı, müğənni Eyvaz Həsənov) da mahnıları məhv edildi. Belə şeylər mənim başıma gəlib”.