Lerikdə dərəyə aşan maşının - Videosu

lerikde-dereye-asan-masinin
Oxunma sayı: 3308

Lənkəran-Lerik yolunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Hamarmeşə kəndində rayonun Nodar kənd sakini Teymur Norxan oğlu Zərbiyev hərəkətdə olan avtomobilinin sükanı arxasında yuxulayıb.

Avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlar Lerik rayon sakinləri - 1953-cü il təvəllüdlü Norxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Norxan oğlu Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Məmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan İbadət oğlu Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyevadır.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

ARB TV xəbər verir ki, hadisə səhər saat 6 radələrində Lerik rayonunun Hamarmeşə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.