Lerikdə maşın dərəyə aşıb - Yaralılardan biri öldü

Lerikdə maşın dərəyə aşıb
Oxunma sayı: 874

Lerikdə avtomobil dərəyə aşıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Lerik-Orand yolunda Orand kənd sakini İsabala Sarıbala oğlu Əzimovun idarə etdiyi ”UAZ” markalı minik avtomobili idarəetmənin itməsi səbəbindən dərəyə aşıb.
 

Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri -  Müseyib Qafar oğlu Həmidov, qardaşı Ramil ağır xəsarət alaraq Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onları ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Lənkəran RMX-na yola salınıb.

Digər sərnişin İsabala Əzimov həkimlərin səyinə baxmayaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi