Lerikdə velosipeddən yıxılan gənc komaya düşdü - Foto

lerikde-velosipedden-yixilan-genc-komaya-dusdu
Oxunma sayı: 1997

Lerikdə velosipeddən yıxılan gənc ağır xəsarət alıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Ədalət Hacırıza oğlu Qurbanlı enişlə velosiped  sürərkən idarəetməni itirib və qonşunun dəmir qapısına çırpılıb.

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan Ə. Qurbanlı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ə. Qurbanlıya müayinə zamanı kəllə sümüyünün sınığı diaqnozu qoyulub. O, hazırda süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.